Moskvada musiqi və texnologiyalar festivalı KEÇİRİLƏCƏK

Xəbərin çap versiyası
Tarix: 23-08-2017, 04:00
Moskvada musiqi və texnologiyalar festivalı


Avqustun 24-dən 27-dək Moskvada “Synthposium” adlı musiqi və texnologiya festivalı keçiriləcək.

SİVİL.AZ festivalın saytı synthposium.ru-ya istinadən xəbər verir ki, festival çərçivəsində açılacaq sərgidə 50-ə yaxın müstəqil və dünya brendi öz texnologiyasını təqdim edəcək.

Bu festival, hər il musiqi sahəsində olan innovasiyalar və aparıcı səs mühəndisliyinin əyləncəli və maarifləndirici formada təqdim olunduğu “Mutek” və “Sónar+D” festivallarının Rusiyadakı davamıdır.

Festivalın musiqili hissəsinə 150 yerli və xarici ifaçı qatılacaq. Həmçinin əsas qonaq qismində isə, bir çox şirkətlər üçün musiqi bəstələmiş, hazırda isə Google şirkətinin səs layihələrinin rəhbəri Riçard Devayn iştirak edəcək.

Festivalın maarifləndirici proqramı çərçivəsində “İlk Sovet sintezatorunun atası” kimi tanınmış Vladimir Kuzmin ilə görüş keçiriləcək. Həmçinin iştirakçılar “Korg” şirkətinin sintezatorlarını layihələndirən Tatsuya Taxakasinin leksiyasına qatıla biləcəklər. Eyni zamanda, britaniyalı yazıçı və bəstəkarların məsləhətçisi, elmi-fantastik filmlər uçun musiqi bəstələyən Metyu Suitin də məruzəsi dinləniləcək. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz