Əliağa Vahidə həsr olunan musiqili gecə keçiriləcək
Tarix: 25-08-2017, 04:00
Sentyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunan “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii, musiqili gecə keçiriləcək.
SİVİL.AZ bildirir ki, Sarayın mətbuat xidmətindən verilən məlumata görə, gecədə xalq artisti Əminə Yusifqızı, əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Elnur Zeynalov, Abgül Mirzəliyev, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Hüseyn Məlikov, Gülnar Qüdrətli, Məhəmməd Nəcəfov, Vəfa Vəzirova və Almaxanım Əhmədli iştirak edəcəklər. Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər. Xanəndələri xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı müşayiət edəcək.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri "www.iticket.az" saytından onlayn, şəhərin kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə etmək olar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər