Gəncə Dövlət Kukla Teatrı mövsümü “Məşədi İbad” tamaşası ilə açacaq

Xəbərin çap versiyası
Tarix: 8-09-2017, 03:00
Gəncə Dövlət Kukla Teatrı mövsümü “Məşədi İbad” tamaşası ilə


Gəncə Dövlət Kukla Teatrı sentyabrın 19-da 32-ci teatr mövsümünü Üzeyir Hacibəylinin “Məşədi İbad” tamaşası ilə açacaq.

SİVİL.AZ xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Rauf Avşarov, quruluşçu rəssamı Xatirə Avşarovadır.

Tamaşada rollarda Əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov və gənc aktrisa Nərmin Şərifova iştirak edirlər.

Mövsümün açılışına “SOS” uşaq kəndinin sakinləri və şəhid ailələrinin uşaqları da dəvət olunublar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz