Pantomima Teatrı mövsümü “Qoca və Mələk”lə açacaq
Tarix: 8-09-2017, 17:25
Azərbaycan Dövlət Pantomima Teatrı yeni mövsümü sentyabrın 23-də “Qoca və Mələk” tamaşası ilə açıq elan edəcək.
SİVİL.AZ bilidirir ki, rejissor Elnur Rzayevin quruluşunda təqdim ediləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir.
Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir. Plastik həll üzrə rejissoru Xalq Artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.
Qeyd edək ki, səhnə əsərinin premyerası cari il mayın 6-da baş tutub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər