Musiqili Teatr yeni mövsümün ilk 4 ayı üçün repertuar planını təsdiq etdi

Xəbərin çap versiyası
Tarix: 11-09-2017, 15:19
Musiqili Teatr yeni mövsümün ilk 4 ayı üçün repertuar planını


Azərbaycan Dövlət Musiqili Teatrı 108-ci mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb.

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu SİVİL.AZ-a bildirib ki, Bədii Şuranın iclasında 2017-cı ilin sonuna qədər olan müddət - sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün repertuar və iş planı müzakirə edilərək təsdiq olunub. Nəzərdə tutulan müddət ərzində teatrın repertuarında olan 30-a yaxın tamaşa təqribən 70 dəfə nümayiş etdiriləcək.

Qarşıdakı dörd ay ərzində “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin), “Mənim günahım” (İ. Əfəndiyev), “Molla Nəsrəddinin beş arvadı” (İ. Sadıqov, tərcümə edəni D. Mustafayev), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “Talelər qovuşanda” (R. Hacıyev) və başqa tamaşalar nümayiş olunacaq. Habelə “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Silva” (İ. Kalman), “Fransızsayağı qarnir” (M. Kamoletti), “Skapenin kələkləri” (J.B. Molyer), “Düyməcik” (H.K. Anderson), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Bremen musiqiçiləri və Pen” (C. Berri, Qrimm qardaşları), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa səhnə əsərləri rus dilli və balaca tamaşaçılar üçün təqdim olunacaq.

Bu müddət ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artistləri Fatma Mahmudova və Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Boris Qrafkin, Ələkbər Əliyev, Svetlana Bulax, Əzizağa Əzizov, Nahidə Orucova, Cingiz Əhmədov, Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Möylə Mirzəliyev, Marina Litvinenko, Ağaxan Şərifov, Gülcahan Salamova, Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Elçin İmanov, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Aydan Həsənova, Nicat Əli, Yuliya Heydərova, Rauf Babayev, Ruslan Mürsəlov, Atəş Qarayev, Elməddin Dadaşov, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Əmrah Dadaşov, Şaban Cəfərov, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə, teatrın kiçik yaşlı aktyorları Rahib Məmmədzadə, Atilla Məmmədov və başqalarının ifalarını izləyə biləcəklər.

Oktyabr ayında Əməkdar artist Əkbər Əlizadə, noyabr ayında Xalq artisti Fatma Mahmudova və sevilən aktrisa Ülviyyə Əliyeva, dekabr ayında isə Əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova və Əzizağa Əzizov Musiqili Teatrın “3 gün sizinlə” layihəsi çərçivəsində tamaşaçıların görüşünə gələcəklər.

Habelə bu müddət ərzində İ. Kalmanın 135, F. Əmirovun 95, O. Kaziminin 85, B. Qrafkin, E. Sabitoğlu və Z. Quliyevanın 80, L. Vinoqradovanın 70 illik yubileyləri qeyd olunacaq.

29 dekabr tarixindən 2018-ci ilin gəlişi münasibəti ilə Yeni İl şənliklərinə start veriləcək.

Qeyd edək ki, cari ilin sonuna qədər bir neçə premyeranın keçirilməsi də nəzərdə tutulur.

Azərbaycan Dövlət Musiqili Teatrı yeni – 108-ci mövsümdə də sevimli tamaşaçılarını bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz