Bu gün Milli Musiqi günüdür
Tarix: 18-09-2017, 10:53
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür.
SİVİL.AZ xəbər verir ki, həmin gün təkcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub.
Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.
1995-ci ildə isə prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi günü kimi qeyd olunması qərara alınıb. (Oxu.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər