Səidə Zülfüqarovanın Parisdə konserti olub

Xəbərin çap versiyası
Tarix: 20-09-2017, 13:34
Səidə Zülfüqarovanın Parisdə konserti olub


Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarovanın Parisin 4-cü rayonunun Paul Rey Teatrında yeni mövsümdə ilk konserti olub.

SİVİL.AZ
xəbər verir ki, konsertdə L. Bethovenin “Appassionata” sonatası, F. Şopenin 3-cü balladası, Q. Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, C. Hacıyevin balladası, F. Sayın “Qara torpaq” əsəri səsləndirilib.

S. Zülfüqarova konsertini ölkəmizdə Milli Musiqi Gününə və Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə həsr etdiyini bildirib. O, musiqimizin rəngarəngliyi ilə seçildiyini qeyd edərək, Şərqdə ilk operanın məhz Azərbaycanda yazıldığını diqqətə çatdırıb.

Azərbaycanlı pianoçu konsertin sonunda “Qumru” və F. Bədəlbəylinin “Dəniz” əsərini ifa edib.

Fransadakı səfirimiz Rəhman Mustafayev və konsulumuz Zaur Fərhadov konsertin dinləyiciləri arasında olublar. (AZƏRTAC)


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz