Münxen Simfonik Orkestri Bakıda çıxış edəcək

Xəbərin çap versiyası
Tarix: 23-09-2017, 13:11
Münxen Simfonik Orkestri Bakıda çıxış edəcək


Sentyabrın 26-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Almaniyanın Münxen Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.

SİVİL.AZ xəbər verir ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim ediləcək konsertin solisti Xalq Artisti Murad Adıgözəlzadədir.

Orkestrə gənc dirijor Fuad İbrahimov bədii rəhbərlik edəcək. Konsert proqramında dahi bəstəkarın və bir sıra dünya bəstəkarlarının əsərlərinə müraciət olunacaq. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz