“Döyüş gündəliyi - Talış” filminin təqdimatı olub

Xəbərin çap versiyası
Tarix: 1-04-2017, 22:33
“Döyüş gündəliyi - Talış” filminin təqdimatı olub


Aprelin 1-də Beynəlxalq Mətbuat Mərkəzində hərbi yönümlü bloqger Tofiq Şahmuradovun hazırladığı və aprel döyüşlərindən bəhs edən “Döyüş gündəliyi – Talış” filminin təqdimatı keçirilib.

SİVİL.AZ xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ekran əsəri barədə məlumat verən müəllif T.Şahmuradov bildirib ki, film daha çox maarifləndirmə xarakteri daşıyır. Filmdə aprel döyüşlərində əldə olunmuş uğurlardan, qəhrəman Azərbaycan ordusunun qazandığı mühüm qələbədən söz açılır. Həmçinin aprel döyüşlərinin mahiyyəti barədə ətraflı məlumat verilir.

Sonra “Döyüş gündəliyi – Talış” filmi nümayiş etdirilib.

Tədbirdə digər çıxış edənlər də filmin əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda Azərbaycan tarixinin şanlı səhifəsi olan aprel döyüşlərinin təbliği, əldə olunan qələbənin əhəmiyyətinin ölkə ictimaiyyətinə çatdırılması, vətəndaşlarımız arasında hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə belə filmlərin hazırlanmasının önəmi xüsusi vurğulanıb. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz