“Cəza” tamaşasının premyerası olub
Tarix: 1-10-2017, 02:00
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası keçirilib.
SİVİL.AZ xəbər verir ki, psixoloji oyun dramında rolu Əməkdar Artist Kəmalə Hüseynova ifa edib.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Dərin psixoloji yaşantıları əks etdirən monotamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər