Kukla Teatrının yeni mövsümdə ilk PREMYERASI

Xəbərin çap versiyası
Tarix: 1-10-2017, 04:00
Kukla Teatrının yeni mövsümdə ilk


Sentyabrın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümdə ilk premyerasını keçirib.

SİVİL.AZ xəbər verir ki, bu dəfə teatrın yaradıcı heyəti balaca teatrsevərlərə məşhur rus xalq nağılı “Durna balığının əmri ilə” səhnə əsərini təqdim edib. Tamaşa teatrın rus bölməsi tərəfindən hazırlanıb.

Teatrın rejissoru Anar Məmmədov tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadur.

Tamaşada balaca teatrsevərlər üçün əsl nağıllar aləmini xatırladan bir sehrli mühit yaradılıb.

Səhnə əsərində rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər. Bu üçlük ümumilikdə tamaşada 7-dən artıq personajı canlandırmaqla eyni zamanda iki kuklanın oyununu ustalıqla təqdim etməyə müvəffəq olub. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz