Bölgə teatrlarında kadr dəyişikliyi edilib

Xəbərin çap versiyası
Tarix: 2-10-2017, 22:00
Bölgə teatrlarında kadr dəyişikliyi edilib


“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.

SİVİL.AZ bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqramın icrası sayəsində paytaxtda və bölgələrdə teatr binaları müasir standartlara uyğun şəkildə yenidən qurulub, ünvanı olmayan teatrlara hüquqi ünvan verilib.

Qeyd olunub ki, bu gün teatrların maddi texniki bazası ilə yanaşı, yaradıcılıq sahəsinə də xüsusi diqqət ayrılır. Rejissorların teatrın inkişafında müstəsna xidmətləri nəzərə alınaraq davamlı olaraq kadr dəyişikliyi aparılır. Bu da teatrlarda repertuar zənginliyinə, fərqli teatr düşüncələrinin tamaşaçıya çatdırılmasına vəsilə olur. Bütün bunlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Əmrə əsasən, Namiq Qaffarov Şəki Dövlət Dram Teatrının direktoru, Oruc Qurbanov Lənkəran Dövlət Dram Teatrının, Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Novruz Cəfərov Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifələrinə təyin edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz