“Çipollino” Milli Dram Teatrında

Xəbərin çap versiyası
Tarix: 5-10-2017, 01:00
“Çipollino” Milli Dram Teatrında


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tezliklə azyaşlı tamaşaçıları məşhur “Çipollino” tamaşası ilə sevindirəcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı SİVİL.AZ-a bildirib ki, oktyabrın 14-də nümayiş ediləcək səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada Əməkdar artistlər Əlvida Cəfərov, Mirzə Ağabəyli, Məzahir Cəlilov, Rüstəm Rüstəmov, aktyorlar Rəşad Bəxtiyarov, Xədicə Novruzlu, Cümşüd Zeynalov, Dilarə Nəzərova , Mehriban Xanlarova və başqaları çıxış edəcəklər.

Tamaşada C. Rossinin musiqilərindən istifadə edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz