“Dəniz suyu içən it” filmi “YARAT”da təqdim edilib
Tarix: 5-10-2017, 02:00
“YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” (The Salty Sea Dog) adlı qısametrajlı bədii filminin təqdimatı olub.
SİVİL.AZ xəbər verir ki, cari ildə “Nərimanfilm” kinokompaniyasının bazası əsasında ekranlaşdırılan filmin süjet xətti qadın həyatında xəyanət və ağrı üzərində qurulub.
Ssenari müəllifi Lalə Əliyeva (Klıçkova) olan filmdə əsas rollara aktyorlar Azər Aydəmir və Natəvan Hacıyeva çəkilib. Ekran əsərinin quruluşçu operatoru Kirill Gerra, prodüseri Nəriman Məmmədov, icraçı prodüserləri Emin Quliyev, Lalə Əliyeva (Klıçkova), istehsalat müdiri isə Rüstəm Şəfiyevdir.
Azərbaycan dilində nümayiş edilən film qonaqlar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, ekran əsəri “Calcutta İnternational Cul” film festivalında “Qadınlar haqqında film” kateqoriyasında avqust ayının ən yaxşı qısametrajlı filmi seçilib. Film, həmçinin “Women's Only Entertainment” film festivalının əsas müsabiqə bölümünün iştirakçısı olub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər