Xalq artisti Pərvanə Qurbanova ad gününü qeyd edir

Xəbərin çap versiyası
Tarix: 2-04-2017, 16:33
Xalq artisti Pərvanə Qurbanova ad gününü qeyd edir


Bu gün Azərbaycan Respublikasının Xalq artisti, "Qızıl Dərviş" mükafatı laureatı, Azərbaycanın görkəmli teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası Pərvanə xanım Qurbanova doğum gününü qeyd edir.

SİVİL.AZ xəbər verir ki, Pərvanə xanım Qurbanova 2 aprel 1965-ci il tarixdə anadan olub. O, 1981-ci ildə Gəncə Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. Bu illər ərzində onlarla - Şəhrəbanu “Müsyo Jordan və dərviş Məstəli şah” (Mirzə Fətəli Axundov), Pırpız Sona “Dəli yığıncağı” (Mirzə Cəlil), Firəngiz “Oqtay Eloğlu” (Cəfər Cabbarlı), Sevinc “Sənsiz” (Şıxəli Qurbanov), İncixanım “Atabəylər” (Nəriman Həsənzadə), Şahnaz “Mahnı dağlarda qaldı” (İlyas Əfəndiyev), Gənc qadın “Qana-qan” (Bukovça), Həcər xanım “Eşq və İntiqam”(Süleyman Sani Axundov), Firuzə “Ölüm hökmü”(Elçin Əfəndiyev) və s. kimi bir-birindən maraqlı obraz canlandırıb.

Pərvanə Qurbanova milli kino və seriallarda da bir sıra rolları uğurla ifa edib. Xocalı faciəsi haqqında çəkilən "Haray", E. Əfəndiyevin "Sarı gəlin", "Pərvanələrin rəqsi", "Toy gecəsi" və başqa film və seriallarda baş rollarda çəkilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz