YUNESKO-da Azərbaycan bəstəkarının yubileyi qeyd olunacaq

Xəbərin çap versiyası
Tarix: 7-11-2017, 09:00
YUNESKO-da  Azərbaycan bəstəkarının yubileyi


Parisdə keçirilən YUNESKO-nun Baş Konfransının 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edilib.

SİVİL.AZ
bildirir ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, YUNESKO-nun İcra Şurası tərəfindən təqdim edilən yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb.

Azərbaycan tərəfindən bu siyahıya dahi bəstəkar Qara Qarayevin anadan olmasının və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub.

Baş Konfrans tərəfindən bu təkliflər qəbul olunub. Beləliklə, 2018-ci ildə bəstəkar Qara Qarayevin və 2019-cu ildə Bakı Dövlət Universitetinin YUNESKO-nun dəstəyi ilə Parisdə 100 illik yubileyləri qeyd ediləcək.

Bundan başqa, Azərbaycan İran İslam Respublikasının irəli sürdüyü Şərqin böyük şair və filosofu, Azərbaycan əsilli Şihabəddin Yəhya Sührəvərdinin yaradıcılığa başlamasının 850 illik yubileyinin qeyd edilməsi təklifinə qoşulub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz