Mikayıl Mirzənin 70 illik yubileyi keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 21-11-2017, 04:00
Mikayıl Mirzənin 70 illik yubileyi keçiriləcək


Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii qiraət ustası, tanınmış aktyor, Xalq Artisti Mikayıl Mirzənin 70 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

SİVİL.AZ
bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq gecədə çıxışçılar sənətkarın ömür yolundan danışacaq, onunla bağlı xatirələrini bölüşəcək.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi gecədə M.Mirzənin vaxtilə səsləndirdiyi qiraətlərin yer aldığı videoçarx nümayiş olunacaq, müxtəlif bədii kompozisiyalar təqdim ediləcək.

Qeyd edək ki, Mikayıl Mirzə oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı ilə özünəməxsus ifa üslubuna malik aktyor kimi tanınıb. O, “Azərbaycanfilm” kinostudiyasında lentə alınan bədii filmlərdə, onlarla dram əsərində yaddaqalan obrazların müəllifi kimi xatırlanır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz