Uşaq “Avroviziya” müsabiqəsinin qalibi məlum olub

Xəbərin çap versiyası
Tarix: 26-11-2017, 22:53
Uşaq “Avroviziya” müsabiqəsinin qalibi məlum olub


Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017”nin qalibi məlum olub.

SİVİL.AZ
xəbər verir ki, Rusiyanı müsabiqədə təmsil edən Polina Boquseviç “Wings” mahnısı ilə 188 səslə birinci yeri tutub.

İkinci yerə Gürcüstan təmsilçisi Qriqol Kipşidze, üçüncü yerə isə Avstraliya təmsilçisi İzabella Klark layiq görülüb.

Müsabiqədə ümumilikdə 16 ölkə - Gürcüstan, Rusiya, Avstraliya, Albaniya, Ermənistan, Belarus, İrlandiya, İtaliya, Kipr, Makedoniya, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya və Ukrayna təmsilçiləri mübarizə aparıb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz