“Ümid” tamaşasının premyerası olub

Xəbərin çap versiyası
Tarix: 29-11-2017, 01:30
“Ümid” tamaşasının premyerası olub


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Pantomima Teatrında “Ümid” tamaşasının premyerası keçirilib.

SİVİL.AZ
-ın məlumatına görə, teatrdan bildirilib ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova çıxış ediblər.

Səhnə əsərində İkinci Dünya müharibəsi zamanı Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinin atom bombardmanından sonra fəlakət qurbanlarının həyatı əks olunub.

Xalq Artisti Bəxtiyar Xanızadənin rejissoru olduğu tamaşada rolları Əməkdar artistlər Nargilə Qəribova, Bəhruz Əhmədli və aktyor Vüsal Rzasoy ifa ediblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz