Azərbaycanlı rejissorun filmi beynəlxalq elmi konfransda

Xəbərin çap versiyası
Tarix: 1-12-2017, 05:00
Azərbaycanlı rejissorun filmi beynəlxalq elmi konfransda


“Çölçü” filmi beynəlxalq elmi konfransa daxil edilən beş filmdən biri olub.

SİVİL.AZ
bildirir ki, bu barədə AZƏRTAC-a filmin rejissoru Şamil Əliyev bildirib. Qeyd edib ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən elmi konfrans “İslam dünyası və kino” mövzusuna həsr edilib. İslam dünyasına aid beş rejissorun filmi həmin konfransa salınıb. Türkiyədən Nuri Bilgə Ceylan, Misirdən Yusif Şahin, Qazaxıstandan Bayqazin və İrandan Həqiqinin filmləri də həmin konfransda nümayiş və təhlil olunacaq.

Şamil Əliyev filminin elmi konfransın siyahısına salınmasının səbəbini bir müddət əvvəl Çikaqoda qazandığı uğurun nəticəsi olaraq görüb. O, “Çölçü”nün Çikaqoda “Art House Blow-UP” film festivalında Antonioni və Tarkovski mükafatının nominantı olduqdan sonra Avropa və Amerikada ali məktəblərin kino fakültələrinə dərs vəsaiti kimi salındığını deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz