Musiqili Teatra daha bir təşəkkür məktubu

Xəbərin çap versiyası
Tarix: 6-12-2017, 13:20
Musiqili Teatra daha bir təşəkkür məktubu


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Musiqili Teatra təşəkkür məktubu göndərib.

SİVİL.AZ
bildirir ki, teatrın Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir:

“Hörmətli Əliqismət müəllim!
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyiində 29 noyabr 2017-ci il tarixində görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 80 illiyi ilə əlaqədar “Emin Sabitoğlunun kino və teatr musiqisi” adlı tədbir keçirilmişdir. Tədbirdə rəhbərlik etdiyiniz teatrın aktyorları – Əməkdar artistlər Almaz Ələsgərova, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Telnaz Hüseynova, Nadejda Povelitsina, musiqiçilər Arzu Ələsgərli və Emin Həsənovun müşayiəti ilə Emin Sabitoğlunun musiqi yazdığı tamaşalardan səhnələr təqdim etmişlər”.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın imzaladığı təşəkkür məktubunda daha sonra qeyd olunur:
“Göstərdiyiniz köməkliyə görə şəxsən Sizə, teatrın truppa müdiri Əməkdar mədəniyyət işçisi Vidadi Həsənova, ümumilikdə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivinə dərin təşəkkürümüzü bildiririk”.

Məktubu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova imzalayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz