“Çölçü” filmi “Qızıl tülkü” mükafatının qalibi olub

Xəbərin çap versiyası
Tarix: 8-12-2017, 08:00
“Çölçü” filmi “Qızıl tülkü” mükafatının


Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Cult” beynəlxalq film festivalında “Qızıl tülkü” mükafatının qalibi olub.

SİVİL.AZ
-ın məlumatına görə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kinostudiya tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz