İnklüziv “ƏSA” teatrından növbəti TAMAŞA
Tarix: 13-12-2017, 14:31
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” teatrı növbəti tamaşasını təqdim edəcək.
SİVİL.AZ xəbər verir ki, teatrsevərlər Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşanı dekabrın 19-da izləyə biləcəklər. Səhnə əsərində səkkizi fiziki məhdudiyyətli olmaqla doqquz aktyor iştirak edəcək.
ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadədir.
“ƏSA” teatrının bundan əvvəl hazırladığı səhnə əsərləri çoxlu tamaşaçı tərəfindən maraqla qarşılanıb. (AZƏRTAC)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər