Sığınacaq mərkəzində saxlanan iranlı ədəbiyyat mükafatı alıb

Xəbərin çap versiyası
Tarix: 12-08-2019, 18:57
Sığınacaq mərkəzində saxlanan iranlı ədəbiyyat mükafatı alıb

Altı ildir Avstraliyada sığınacaq mərkəzində saxlanan iranlı kürd Behrouz Boochani avtobioqrafiyasına görə daha bir ədəbiyyat mükafatı qazanıb.

"Civil Azerbaijan" xəbər verir ki, Boochani-nin “Dostlar yoxdur, yalnız dağlar var” kitabı 2019-cu il Milli Bioqrafiya Mükafatına layiq görülüb. Mükafatın dəyəri 25 min Avstraliya dollarıdır (($17,000). Açıqlamanı avqustun 12-də Yeni Cənubi Uels Dövlət Kitabxanasının müsabiqə təşkilatçıları yayıb.

Jurnalist 2013-cü ildə İrandan təqiblərdən qaçıb. O kitabını Manus adasındakı immiqrant təcridxanasından mətn ismarıc formasında göndərib. Əsəri farscadan ingiliscəyə bir dostu tərcümə edib.

​“Tarix hamımızı mühakimə edəcək”

Boochani memuarında İrandan qaçışdan sonrakı səyahətini təsvir edir. O, İndoneziyadan Avstraliyanın Milad adasına qayıqla gedib, Papua Yeni Qvineyanın Manus adasında Avstraliya hakimiyyəti tərəfindən saxlanıb.

Milli Bioqrafiya Mükafatının münsiflər heyəti kitabı “hərtərəfli vacib və yazının müqavimət forması kimi həyatı xilas edən gücünün heyrətamiz formada şəhadəti və sübutu” adlandırıb.

Mükafatı şəxsən qəbul edə bilməyən Boochani Avstraliyanın ədəbi cameəsinə və vətəndaş cəmiyyətinə “bu sistemə qarşı müqavimətimizin bir hissəsi” olduğuna görə təşəkkür edib.

“Məncə, tarix Avstraliya tarixinin bu çətin və qaranlıq dönəmində bu nəsli və hamımızı mühakimə edəcək”, – o, Manus adasından WhatsApp-lə göndərdiyi ismarıcda yazır.

Boochani bu il Avstraliyada bir sıra başqa mükafatlar da qazanıb. Bu sıraya Viktoriya Baş nazirinin Ədəbiyyat Mükafatı, Yeni Cənubi Uels Baş nazirinin Ədəbiyyat Mükafatı, Avstraliya Kitab Sənayesi mükafatları üzrə qeyri-bədii film mükafatı daxildir. (Azadlıq Radiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz