"Xurmalar yetişən vaxt" filmi "Heart of Sarajevo" mükafatına layiq görülüb

Xəbərin çap versiyası
Tarix: 23-08-2019, 14:34
"Xurmalar yetişən vaxt" filmi "Heart of Sarajevo" mükafatına layiq görülüb


Azərbaycanlı rejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi Sarayevo Film Festivalının ən yaxşı sənədli film üzrə "Heart of Sarajevo" mükafatına layiq görülüb.

CİVİLAZERBAİJAN.COM bildirir ki, bu haqda xəbər festivalın səhifəsində yer alıb. Festival avqustun 16-dan 23-dək keçirilib.

Bu ilin aprelində isə həmin film İsveçrənin “Visions Du Reel” film festivalında ‘PRIX INTERRELIGIEUX’ və ‘MENTION SPÉCIALE JURY COMPÉTITION INTERNATIONALE LONGS MÉTRAGES’ mükafatlarına layiq görülüb.

Rejissor Hilal Baydarovun filmində vaxtı tənzimləyən əsas amil hələ də torpaqdır. Hər yay olduğu kimi, Baydarov və qardaşı, ata evində tək qalmış analarına baş çəkməyə gedirlər. Xurmanın yetişən vaxtlarıdır. Bu mövsümdə kənddə yaşayan insanlar məhsulun yığımı, hazırlanması və saxlanması üçün bir araya gəlir. Rejissorun ailəsi üçün xoşbəxt bir gün olsa da, mövsüm sona çatanda ana yenidən öz təkliyi ilə baş-başa qalacaq.

“Xurmalar yetişən vaxt” filmində kənd həyatının poetik təsviri ilə güclü ana portreti əks olunub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz