2018 və 2019-cu illər üçün ədəbiyyat üzrə Nobel mükafatçıları: Tokarczuk və Handke

Xəbərin çap versiyası
Tarix: 11-10-2019, 01:10
2018 və 2019-cu illər üçün ədəbiyyat üzrə Nobel mükafatçıları: Tokarczuk və Handke


Ədəbiyyat üzrə 2018 və 2019-cu il üçün Nobel mükafatına Polşa təmsilçisi Olga Tokarczuk və Avstriyadan Peter Handke layiq görülüb.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatı verilmədiyi üçün bu il iki qalib elan edilib - 2018 və 2019-cu illər üçün.

2018-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı İsveç Akademiyasında cinsi təcavüz qalmaqalı baş verdiyinə görə təxirə salınmışdı.

İsveç Akademiyasının bu gün qəbul verdiyi qərara əsasən, polşalı müəllif Olga Tokarczuk 2018-ci ilin Nobel mükafatına layiq görülüb, bu ilin Nobel mükafatı avstriyalı yazıçı Peter Handke-yə verilib.

Olga Tokarczuk əsərlərinə görə ötən il, o cümlədən beynəlxalq Man Booker mükafatına da layiq görülüb.

Akademiyadan verilən açıqlamaya görə, 76 yaşlı avstriyalı dramaturq, yazıçı və şair Peter Handke "linqvistik biliklərinin köməyilə ətraf aləmi və insan təcrübəsinin spesifikliyini araşdıran nüfuzlu bir əsər" yaratdığı üçün bu mükafata layiq görülüb.

Ancaq Peter Handke 1990-cı illərin Yuqoslaviya müharibəsi zamanı serblərin tərəfini tutduğuna görə və 2006-cı ildə soyqırım və digər müharibə cinayətlərində ittiham olunmuş keçmiş Serb lideri Slobodan Miloseviçin dəfnində nitq söyləyərək çıxış etdiyi üçün olduqca ziddiyyətli bir fiqur sayılır.

2018 və 2019-cu illər üçün ədəbiyyat üzrə Nobel mükafatçıları: Tokarczuk və Handke


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz