Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun xatirəsi anılıb

Xəbərin çap versiyası
Tarix: 8-04-2017, 16:04
Gürcüstanda Xalq şairi Zəlimxan Yaqubun xatirəsi anılıb


Azərbaycanın Xalq Şairi, “Şöhrət” ordenli Zəlimxan Yaqubun xatirəsi doğulduğu Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anılıb.

SİVİL.AZ Azərtac-a istinadla xəbər veir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, tanınmış həkim, professor Fərman Ceyranlı və başqaları çıxış edərək Zəlimxan Yaqubun həyat və fəaliyyətindən, Azərbaycan ədəbiyyatının zənginləşməsindəki xidmətlərindən danışiblar. Bildirilib ki, Z.Yaqub təkcə Azərbaycanda və Gürcüstanda deyil, bütün Türk dünyasinda sevilən böyük şair idi. Çıxışlarda Z.Yaqubun Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafindakı xidmətləri xüsusi vurğulanıb. Ölməz şairin xatirəsinin qəlblərdə, ürəklərdə daim yaşayacağı qeyd olunub. Bildirilib ki, Zəlimxan Yaqubun yaratdığı əsərlər dövlət tərəfindən də daim yüksək qiymətləndirilib.

Mədəniyyət və incəsənət ustaları Zəlimxan Yaqubun şeirlərinə bəstələnmiş mahnilari ifa ediblər. Məktəblilər böyük ustadın şeirlərini söyləyiblər.

Xalq şairinin qardaşı Çingizxan Yaqubov tədbirin təşkilatçılarına, Zəlimxan Yaqub yaradıcılığına diqqət və qayğıya görə minnətdarlıq edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz