Tanınmış rejissor Sedrik Klapişin “Paris” filmi “YARAT”da

Xəbərin çap versiyası
Tarix: 10-04-2017, 11:36
Tanınmış rejissor Sedrik Klapişin “Paris” filmi “YARAT”da


Aprelin 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində fransalı rejissor Sedrik Klapişin “Paris” filmi nümayiş olunacaq.

SİVİL.AZ xəbər verir ki, xronometrajı 1 saat 30 dəqiqə olan ekran əsəri ingilis dilində subtitrlərlə təqdim ediləcək.

Film xəstə və ölüm ayağında olan Paris sakininin həyatından bəhs edir. Onun qarşılaşdığı vəziyyət həyatda rastlaşdığı insanlara baxışını dəyişir. Frankofoniya həftələri çərçivəsində nümayiş olunacaq ekran əsərində tanınmış aktyorlar Fabris Luçini, Romen Duris, Jofre Platel və başqaları iştirak edir.

Filmin nümayişində hər kəs iştirak edə bilər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz