Sosial mənzilin alınması üçün aylıq ödəniş açıqlandı - 300 manat
Tarix: 11-04-2017, 13:00
Azərbaycanda sosial mənzilin ipoteka ilə alınması üçün aylıq ödəniş 300 manatdan çox olmayacaq.
SİVİL.AZxəbər verir ki, Trend-in məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin dirtektoru Samir Nuriyev deyib.
Onun sözlərinə görə, bu qiymət üçotaqlı mənzil üçün aylıq ödəniş olacaq.
S.Nuriyev əlavə edib ki, birotaqlı mənzillər üçün aylıq ödəniş 130-150 manat təşkil edəcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər