Ruslar xərçəngin dərmanını Azərbaycanda TAPDI
Tarix: 12-04-2017, 08:00
"Rosnefteqaz" şirkəti müalicəvi neftin hasilatı üzərində işləyir.
SİVİL.AZ APA-ya istinadla xəbər verir ki, bunu "Rusiyanın regionları" jurnalına müsahibəsində "Rosnefteqaz" dövlət korporasiyasının prezidenti Oleq Sitnikov bildirib.
"Əvvəllər bu cür neft yalnız Azərbaycanda (Naftalanda - red.) var idi. Həmin neftlə insanlar müalicə olunurdu. Hətta kurortlar da var idi, xaricilər də tez-tez ora müalicə üçün səfər edirdilər. Biz Nesterovla (akademik İvan Nesterov - red.) ora getmişdik. Məlum oldu ki, Azərbaycanda bu cür neftin hasilatı yox səviyyəsindədir. Buna baxmayaraq, biz həmin neftin tərkibi barədə məlumat topladıq. Ardınca Yamal neft yatağında bununla bağlı eksperimentlər həyata keçirdik. İnanın ki, bizim neft Azərbaycan məhsulundan heç də geri qalmır! Ardınca bir neçə tibbi tədqiqat apardıq və məlum oldu ki, neft həqiqətən də müalicəvidir. Məhz bundan sonra biz Seçenov adına institutla müqavilə imzaladıq və neftin tərkibinin detallı şəkildə öyrənilməsinə başlanıldı. Burada da özünəməxsus bürokratiya var: neftin insanlara müalicəvi məhsul formasında çatdırılması üçün 10 il tələb olunur. Bunun hesabına, yəni idxal etmədən biz insanlarımızı müalicə edə bilərik. Lakin bu layihənin reallaşdırılması üçün prezidentin (Vladimir Putinin - red.) göstərişi lazımdır. Bilirik ki, onun şəxsi iştirakı olmadan bizdə heç nə işləmir", - deyə O. Sitnikov bildirib.
Korporasiyanın prezidenti iddia edir ki, bu cür neftlə xərçəngə də qalib gəlmək olar: "Sadə dillə izah etsək, xərçəng şişi cütü olmayan elektronların hesabına böyüyür. Həmin neftdə də cütü olmayan elektronlar mövcuddur. Bu elektronlar cütləşsə, müalicə mümkündür".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər