Bu qidalar insanda ciddi asılılıq yaradır - SİYAHI
Tarix: 13-04-2017, 00:24
Rusiyalı alimlər zülal və yağlarla zəngin olan qidaların insanlarda ciddi asılılıq yaratdığını bildirib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tez asılılıq yaradan qidalar sırasında şokolad, pizza, dondurma və hamburgerin adı yer alıb.
“Narkotik asılılıq endorfin səviyyəsində yağlı və şirin məhsulların qəbulu fonunda yaranır. Yəni yağ və zülalın birgə tərkibində olduğu məhsullar (yağ-çörək, tort, hətta çörəklə kolbasa) həzz verir və bu hiss narkotik asılıqla eyni təbiətə malikdir” – deyə dietoloq Aleksey Kovalkov deyib.
Bundan bir qədər öncə, ABŞ Narkotik Asılılığının Tədqiqi İnstitutu ayrı-ayrı qidaların insanlarda asılılıq yaratdığını bildirmişdi. Onların fikrincə, qidada duzlu yaxud şirin komponent varsa, ondan imtina etmək çox çətin olur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər