Bu şəxslər də sosial mənzil ala biləcəklər - Müraciət 1 maydan başlayır

Xəbərin çap versiyası
Tarix: 15-04-2017, 00:09
Bu şəxslər də sosial mənzil ala biləcəklər -


"Son günlər həm sosial şəbəkədə ünvanlanan mesajlarda, həm də digər formada müraciətlərdə rayonlarda qeydiyyatda olanların Bakıda inşa edilən sosial mənzillərə müraciət etmək hüququnun olub-olmaması soruşulur".

SİVİL.AZ xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib. Ekspret bildirib ki, Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur:

"Bildirmək ki, istərdim ki, Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur və rayonda qeydiyyatda olan vətəndaşlarımız da sosial mənzil almaq üçün müraciət edə bilər. Məsələn, sosial mənzil almaq istəyən şəxs Tərtər rayonunda yaşayırsa və Bakıda mənzilə müraciət etmək istəyirsə o zaman burada heç bir məhdudiyyət olmayacaq. Güzəşti olan hər bir şəxs qeydiyyat yerindən asılı olmayaraq Bakıda inşa edilən mənzillərə müraciət edə bilər. Xatırladım ki, müraciətlər gələn ayın 1-dən başlayır".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz