Bakıda pulsuz "Wi-Fi" daha harada olacaq?

Xəbərin çap versiyası
Tarix: 15-04-2017, 00:34
Bakıda pulsuz "Wi-Fi" daha harada olacaq?


“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda “Ağ şəhər” ərazisində də pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini genişləndirir.


SİVİL.AZ xəbər verir ki, bu məlumatı Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə verib.

Məlumata görə, artıq müvafiq texniki işlər həyata keçirilir və pulsuz "Wi-Fi" xidməti bu ərazidə yaxın zamanlarda işə salınacaq.

Qeyd edək ki, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi işləri “ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu layihə Dənizkənarı Milli park, İçərişəhər və Dövlət Bayrağı Meydanını əhatə edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz