“Səhiyyə sisteminin idarə olunması” təlim blokuna start verilib
Tarix: 17-04-2017, 17:55
Paytaxtda və regionlarda fəaliyyət göstərən özəl tibb və əczaçılıq fəaliyyəti subyektlərinin, özəl tibbi praktika ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətlərini və müasir dövrdə səhiyyənin davamlı inkişafını və son vaxtlar əhalinin keyfiyyətli tibbi və əczaçılıq xidmətlərinə artan ehtiyaclarını nəzərə alaraq həmin xidmətlərin daha da təkmilləşdirilməsi üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində silsilə təlimlərə başlanılıb.
Nazirliyin mətbuat xidməti SİVİL.AZ-a xəbər verir ki, təlimlərdə tibb və əczaçılıq müəssisəsi rəhbərləri, kadr üzrə məsul işçilər, həkimlər, marketinq üzrə mütəxəssislər, səhiyyə sektorunda çalışan və həmin təlimlərə maraq göstərənlərin iştirakı üçün tam şərait yaradılıb.
Bundan başqa “Tibb müəssisələrinin strateji idarəedilməsi”, “Tibbi xidmətin təşkili və liderlik”, “Tibb müəssisələrinin maliyyələşdirilməsi və keyfiyyətin yaxşılaşdırılması”, “Kadr resurslarının idarə olunması”, “Tibb müəssisələrində infeksion nəzarət tədbirləri”, “Dərman vasitələrindən rasional istifadə” və “Dərman vasitələrinin tanıtımı və təbliği” blokları üzrə təlimlərin davamlı şəkildə təşkil olunması nəzərdə tutulub.
Təlimlərin keçirilməsində məqsəd beynəlxalq səhiyyə sistemində müasir inkişaf tendensiyalarının vüsət aldığı dövrdə səhiyyənin davamlı inkişafını və son vaxtlar əhalinin keyfiyyətli tibbi və əczaçılıq xidmətlərinə artan ehtiyaclarına uyğun olaraq həmin xidmətlərin daha da təkmilləşdirilməsini düzgün istiqamətləndirmək və tibb sahəsində çalışan mütəxəssisləri maarifləndirməkdən ibarətdir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər