22 aprel- Beynəlxalq Yer Günüdür

Xəbərin çap versiyası
Tarix: 22-04-2017, 13:27
22 aprel- Beynəlxalq Yer Günüdür


22 aprel dünyada Beynəlxalq Yer Günü kimi qeyd edilir.

SİVİL.AZ xəbər verir ki, Yer Gününün əsası C. Sterlinq Mortan tərəfindən qoyulub. 1872-ci ildə C. Morton ABŞ-ın Nebraska ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşdırılmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq “Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliği, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri də əhatə etməsi ilə əlaqədar olaraq bu bayram Beynəlxalq Yer günü adlandırılıb və dünyanın 193 ölkəsində təsis edilib.

Artıq otuz ildir ki, dünyanın bir çox ölkəsində Yer Günü qeyd olunur. Əgər 1970-ci ildə ilk dəfə Yer Gününün qeyd olunmasında 20 milyon insan iştirak edibsə, indi bu rəqəm on dəfə çoxdur. Həmin tarixdə dünyanın diqqəti iqlim dəyişikliyi, ona təsir edən və səbəb olan amillər kimi vacib problemlər və onların həlli yollarına yönəlir. Bu gün maarifləndirmə tədbirlərinin keçirilməsi ilə yanaşı, mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər yığılır. Azərbaycanda da 22 aprel tarixi müxtəlif maarifləndirici tədbirlər və aksiyalarla qeyd olunur.

Hər il bir mövzu əsasında qeyd edilən “Yer günü”nün builki şüarı “Ətraf mühit və iqlim bilikləri”dir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz