Mineral suların faydası: içən bilər!

Xəbərin çap versiyası
Tarix: 28-04-2017, 00:30
Mineral suların faydası:


Təbii mineral sular adi sudan tərkibində olan mineral maddələrin miqdarına, fiziki xüsusiyyətlərinə, qaz tərkibi və qazla doymasına, bioloji fəal mikroelementlərinə və üzvi maddələrin olmasına görə fərqlənir. Mineral suların tərkibində yerin təkində olan kimyəvi elementlər var və həmin elementlər sərbəst və yaxud müxtəlif birləşmələr şəklində olur.

SİVİL.AZ xəbər verir ki, ən geniş yayılan elementlər natrium, maqnezium, kalsium kationları, xlor, sulfat və hidrokarbonat anionlarıdır. Mineral suların tərkibində olan manqan, mis, sink, molibden, dəmir, arsen, kobalt, bor, brom, ftor, yod kimi mikroelementlər orqanizmdə müxtəlif fermentlərin tərkibinə daxil olaraq maddələr mübadiləsində iştirak edirlər. Yeraltı suların orqanizmə təsiri müəyyən qədər kimyəvi, mexaniki və termiki amillərlə bağlı olsa da, əsas yeri tərkibindəki ionların kimyəvi xüsusiyyətləri tutur.

Mineral suların əsasən həzm sistemi, yuxarı tənəffüs yolları, sidik-ifrazat sistemi, mübadilə pozğunluğu ilə gedən xəstəliklərdə, anemiya, osteoporoz və paradontoz zamanı istifadə edilməsi daya yaxşı səmərə verir. Müalicə məqsədilə həm içilir, həm inhalyasiya, imalə və şırınqa edilir, həm də vanna qəbul olunur.

Mineral suların daxilə qəbulu hər kiloqram çəkiyə 3-3,5 ml hesabı ilə götürülür, gündə üç dəfə olmaqla orta hesabla 1 ay qəbul olunur. Mədə turşuluğu normal və yüksək olanda yeməkdən 1-1,5 saat əvvəl, turşuluq az olanda yeməkdən yarım saat əvvəl içilır. Qəbizlik zamanı suyun hərarəti 20-25, ishala meyllik olanda 40-45 dərəcə istilikdə qəbul edilməlidir. Təkrar müalicə kursu 3-4 ay sonra aparıla bilər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz