Düyüyə bənzəyən göbələk

Xəbərin çap versiyası
Tarix: 29-04-2017, 14:40
Düyüyə bənzəyən göbələk


Dəniz düyüsü, dəniz göbələyi, hind düyüsü, düyü göbələk, Çin dəniz düyüsü, Çin göbələyi, yapon göbələyi...

SİVİL.AZ xəbər verir ki, canlı düyü kimi hind dəniz düyüsünün də taxıllar fəsiləsinə heç bir aidiyyəti yoxdur. Həmin göbələklərin hamısı canlı bir mikroorqanizmin adıdır və onların əsasında dadı qazlaşdırılmış kvası xatırladan müalicəvi içki hazırlanır.

Hind dəniz düyüsü formasına görə göbələk qranulları tək-tək bişmiş yarımşəffaf düyünü xatırladır və adındakı qəribəlik də buradan doğur. XX əsrin 30-cu illərində həmin göbələklərdən alınan içki nəinki qidalandırıcı, tərkibində sirkə turşulu bakteriyalar olduğuna görə həm də faydalı müalicəvi içki sayılırdı. Onun tərkibi mayayabənzər göbələklərdən və sirkə turşulu bakteriyalardan təşkil olunub.

Dəri gözəlliyi üçün Hind dəniz göbələyi əvəzsiz vasitədir. Göbələyin çıxarışı ilə dərini silməklə onu təravətləndirmək, hamarlaşdırmaq və tonuslandırmaq, normal turş mühiti bərpa etmək, eyni zamanda bakteriya və ölmüş dəri hüceyrələrindən təmizləmək olar. Yorğunluğun qarşısını almaq üçün göbələyin çıxarışı suya əlavə edilərək vanna qəbul olunur. Yuyulandan sonra saçlara parlaqlıq vermək və dibini möhkəmləndirmək üçün göbələk çıxarışı ilə yaxalanır. Göbələyin çıxarışı əsasında müxtəlif losyonlar, dezodorantlar, üz üçün müxtəlif maskalar, ağız və saç yaxalamaq üçün mayelər hazırlanır. Tərkibində yağların parçalanmasında iştirak edən lopaza fermenti olduğuna görə hind dəniz düyüsünün çıxarışının qəbulu elə ilk aydan arıqlamaq istəyənlərin orqanizmində nəzərəçarpacaq çəki itkisinə səbəb olur. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz