Ana öləndən 123 gün sonra əkizləri doğuldu - İNANILMAZ OLAY
Tarix: 17-07-2017, 20:30
Braziliyada yaşayan Frankielen da Silva adlı 21 yaşlı qadında hamiləliyin 9-cu həftəsində beyin qansızması baş verib.
SİVİL.AZ xəbər verir ki, həyat yoldaşı ölüm ayağında olan qadını klinikaya gətirib, lakin burada ona kömək edə bilməyiblər. 3 gün sonra həkimlər "beyin ölümü"nü təsdiq ediblər.
Beyin ölümü bütün orqanizmin ölümü deməkdir. Ürək dayandıqda (ürək ölümü) insanı yenidən həyata qaytarmaq mümkün olsa da, beyin ölümü zamanı bu mümkün deyil. Beyin öləndə ürək və digər orqanlar bir müddət xüsusi tibbi avadınlaqların köməyi ilə işləsə də, belə insan faktiki olaraq "diri ölü"dür.
Frankielen hamilə olduğuna görə, həkimlər onun bədənini bətnində olan uşaqlar ölənə qədər apparatlara qoşulu şəkildə saxlamağa qərar verirlər. Vaxt gedirdi, lakin döllər nəinki ölmürdü, hətta normal inkişaf etməyə davam edirdi. Bunu görən həkimlər uşaqları sona qədər qorumaq qərarına gəlirlər. Müxtəlif mütəxəssislərdən olan böyük komanda uşaqların normal inkişafını təmin etmək üçün əlindən gələni edirdi. Burada mama-ginekoloqlar, fizoterapevtlər, diyetoloqlar, hətta müsiqi terapevtlər kimi nadir mütəxəssislər vardı.
Körələri ana sevgisi və qayğısı ilə təmin etmək üçün həkimlər və Frankielenin ailə üzvləri növbə ilə onun qarnını sığallayır, uşaq mahnıları oxuyurdu, körpələrlə danışırdı.
Nəhayət, ana öləndən 123 gün sonra keysəriyə kəsiyi əməliyyatı ilə 2 körpə dünyaya gəldi - 1,4 kq-lıq Ana Vitoriya və onun 1,3 kq-lıq qardaşı Asaf. 3 ay ərzində uşaqlar xəstəxanada xüsusi inkubatorlarda böyüyürdü.
Hazırda 6 aylıq əkizlər tam sağlam və normal uşaqlardır. (saglamolun.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər