Sığorta ilə bağlı hesabat forması asanlaşdırıldı
Tarix: 31-03-2017, 17:28
“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda təyin olunan pensiya məbləğinin ödənilən sosial sığorta haqqının məbləğinə uyğunluğunun təmin edilməsi vəzifəsi qarşıya qoyulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məqsədlə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlayır.
SİVİL.AZ xəbər verir ki, bunu nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.
E. Babayev deyib ki, Dövlət Sosial Müdafiə Fondunda sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması imkanları nəzərdən keçirilib. Hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək, vahid rüblük hesabatla əvəz edilməsi həyata keçirilib. Təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilik bir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcək (virtualaz.org).
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər