Dünənki şiddətli küləyin maksimal sürəti açıqlanıb

Xəbərin çap versiyası
Tarix: 1-04-2017, 12:47
Dünənki şiddətli küləyin maksimal sürəti açıqlanıb


Martın 31-də müşahidə olunmuş faktiki hava açıqlanıb.

SİVİL.AZ-ın məlumatına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 31-i gün ərzində hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.

Abşeron yarımadası və Abşeron dəniz rayonunda şimal-qərb, şimal küləyinin surəti 20-25 m/s olub, bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənib.

Azərbaycanın ayrı-ayrı rayonlarında isə şimal-qərb küləyinin maksimal surəti 20-34 m/s təşkil edib.

Aprelin 1-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qaynar"a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 1-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda yağıntıda qısa fasilə yaranacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz