Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı aşağı salınıb

Xəbərin çap versiyası
Tarix: 1-04-2017, 12:53
Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı aşağı salınıb


Bu gündən etibarən 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınıb.

SİVİL.AZ xəbər verir ki, Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, dəyişiklikdən əvvəl Bakıdan Tbilisiyə kimi gediş haqqı yataq dəstinin istifadəsi və komisyon yığım daxil olmaqla, plaskart vaqonda 30,16 AZN, kupe vaqonda 44,50 AZN və SV vaqonda 83,77 AZN təşkil edirdisə, gediş haqları aşağı salındıqdan sonra plaskart vaqonda 24,54 AZN, kupe vaqonda 35,32 AZN və SV vaqonda 58.43 AZN təşkil edəcək.
Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da dəyişəcək. ("Report")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz