Unikal sümük implantları hazırlandı

Xəbərin çap versiyası
Tarix: 4-04-2017, 00:09
Unikal sümük implantları hazırlandı


Rusiyalı bir qrup mütəxəssis tərəfindən məsaməli sümüklərin ultrayüksək molekulyar polietilen əsaslı implantları hazırlanaraq uğurla sınaqdan keçirilib.

SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, implantlar zədələnmiş sümükləri qismən əvəz etmək üçün səmərəli istifadə oluna bilər.

Yeni tədqiqatın müəlliflərindən biri olan Fyodor Senatovun sözlərinə görə, təqdim olunan implant iki qatdan ibarətdir: kortikal sümüyü imitasiya edən bütöv üst qat və müxtəlif ölçülü məsaməli daxili qat. Birinci qat implantın möhkəmliyini, ikinci qat isə möhkəm fiksasiya və ətraf toxumalar ilə bitişmə prosesinin sürətlənməsini təmin edir.

Alimlər qeyd edirlər ki, ultrayüksək molekulyar polietilenin vasitəsilə məsaməli toxumanın mürəkkəb strukturunu imitasiya edən çoxqatlı karkas yaratmaq mümkün olub. Bununla da yeni tədqiqat sümük implantlarının qarşısında duran bütün tələblərə cavab verib.

Tədqiqatçılar heyvanlar üzərində aparılan sınaqların uğurlu nəticələrinə əsaslanaraq yeni implantların tibb sahəsində böyük perspektivlər açacağına əmindirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz