Sabah hava necə olacaq? - PROQNOZ

Xəbərin çap versiyası
Tarix: 5-04-2017, 13:14
Sabah hava necə olacaq? -


Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİVİL.AZ-a verilən məlumata görə, aprelin 6-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz