Yer kürəsində mövcud olan bütün ağac növlərinin SAYI BİLİNDİ

Xəbərin çap versiyası
Tarix: 6-04-2017, 05:00
Yer kürəsində mövcud olan bütün ağac növlərinin


Yer kürəsində 60 min növ ağac mövcuddur.

SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə bu, Bitkilərin mühafizəsi üzrə botanika bağları Beynəlxalq Şurasının (Böyük Britaniya) tədqiqatı nəticəsində məlum olub.

Qeyd olunur ki, ən çox ağac növü Braziliyada bitir. Bu ölkədə 8715 növ ağac mövcuddur. Şimali Amerikanın Arktika regionunda isə 1400 növ ağac var. Bu, regionlar arasında ən kiçik göstəricidir.

Ağac növlərinin 58 faizi yalnız bir ölkə ərazisində bitir. Alimlərin fikrincə, bu amil ağacların mövcudluğu üçün həm hava şəraiti, həm də insan fəaliyyəti ilə əlaqədar təhlükə törədir.

300-ə yaxın ağac növü isə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz