Müalicəvi Diaqnostika Mərkəzində böyrək transplantasiyasına başlanılacaq

Xəbərin çap versiyası
Tarix: 6-04-2017, 12:09
Müalicəvi Diaqnostika Mərkəzində böyrək transplantasiyasına başlanılacaq


Respublika Müalicəvi Diaqnostika Mərkəzində Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzinin təqdimatı keçirilib.

SİVİL.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan və həkim-nefroloq Orxan Quliyev çıxış edərək son üç ildə böyrək xəstəliklərinin müayinə və müalicəsinin aparılmasında əldə edilən uğurlardan danışıblar. Həmçinin yaxın zamanlarda Respublika Müalicəvi Daqnostika Mərkəzində böyrək transplantasiyasının həyata keçirilməsinə başlanılacağı barədə məlumat verilib.

Təqdimatda nəzərə çatdırılıb ki, daim inkişafda olan və müasir tibbi yenilikləri tətbiq edən Diaqnostika Mərkəzində böyrək transplantasiyası üçün lazımi şərait yaradılıb və həkim-mütəxəssislərdən ibarət komanda fəaliyyət göstərir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz