Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yeniliklər olacaq

Xəbərin çap versiyası
Tarix: 7-04-2017, 15:10
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yeniliklər olacaq


Təhsil Nazirliyi tərəfindən Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni qaydalar hazırlanıb.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, bu qaydalarda bir çox yeniliklər var. Dəyişiklərin müəllimlərin xeyrinə olacağını deyən müdir müavini qeyd edib ki, 2017-ci ilə daha çox vakansiyanın və namizədin olması gözlənilir. O vurğulayıb ki, yeni qaydalar təsdiq edilən kimi ictimaiyyətə geniş məlumat veriləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə aprelin 1-dən Azərbaycanda direktorların işə qəbulu üzrə müsabiqənin başlandığını xatırladıb. Onun sözlərinə görə, bu il direktor olmaq istəyən namizədlərin sayının rekord sayda olacağı gözlənilir: “Çünki ötən il ümumilikdə direktorların işə qəbulu üzə müsabiqəyə 3 min nəfər namizəd sənəd vermişdi. Bu il isə ərizə qəbulunun bağladığı 6 gün ərzində Bakı şəhəri istisna olmaqla region məktəblərində direktor olmaq istəyən 2 mindən çox namizəd elektron qeydiyyatdan keçib”.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Baǧırov əlavə edib ki, Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək: “Müvafiq ali təhsil müəssisələrində keçirilən bu təlimlərdən uğurla keçən namizədlər daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcək. Yaxın zamanda təlimlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz