Azərbaycana yarım metrə yaxın qar yağdı

Xəbərin çap versiyası
Tarix: 10-04-2017, 10:53
Azərbaycana yarım metrə yaxın qar yağdı


Azərbaycana qar yağıb.

SİVİL.AZ "Qaynar"-a istinadla xəbər verir ki, qar Qubanın bir neçə dağ kəndinə düşüb. Kənd sakinlərinin bölgə müxbirinə verdiyi məlumata görə, ən çox yağıntı Xınalıq kəndində qeydə alınıb - 35 sm. Qırız da isə qarın hündürlüyü 20 sm-i keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ötən gün axşam saatlarından hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən İstiPress-ə verilən məlumata görə, qərb rayonlarından başlayaraq ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilirdi. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək.

Bu gün rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz ayrı-ayrı yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz