Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb - YENİLƏNİR

Xəbərin çap versiyası
Tarix: 25-12-2024, 14:37


21.15 - 25.12. 2024

Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov bildirib.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

* * *

21.04 - 25.12. 2024

Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin 3 ekipaj üzvü sağ qalıb, ikisi ölüb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məlumatı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev təsdiqləyib.

"Göyərtədə 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Təssüf ki, 38 nəfər ölüb, 29-u sağ qalıb. 5 ekipaj üzvündən 2 nəfəri ölüb, 3 nəfər sağ qalıb”, - Karabayev deyib.

* * *

15.59 - 25.12. 2024

Dövlət Komissiyası Aktauda baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Komissiyası qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməlidir.

* * *

15.21 - 25.12. 2024

Son məlumatlara görə, AZAL-ın təyyarəsinin qəzaya uğraması zamanı 32 nəfər sağ qalıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov brifinqdə bildirib.

Onun sözlərinə görə, bütün versiyalar yoxlanılır.

* * *

15.19 - 25.12. 2024

Azərbaycanın hökumət rəsmiləri "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstandadır.

Civilazerbaijan.com
bildirir ki, bunlar, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdən, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.

* * *

15.13 - 25.12. 2024

Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə o, "X"də yazıb.

"Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə bir faciə kədərə səbəb olmaya bilməz", Ermənistanın Baş naziri qeyd edib.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.

* * *

15.08 - 25.12. 2024

ABŞ-nin Azərbaycandakı səfirliyi Qazaxıstanda baş verən təyyarı qıəzası ilə bağlı başsağlığı verib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

"ABŞ səfirliyi bu gün Qazaxıstanda baş verən hava qəzasının qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz bu faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq".

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

* * *

15.03 - 25.12. 2024

Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.

Xəsarət alanlardan 3-ü uşaqdır.

* * *

14.59 - 25.12. 2024

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsində 37 Azərbaycan vətəndaşı olub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib.

"İlkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - nazirliyin məlumatında bildirilib.

* * *

14.46 - 25.12. 2024

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Aktauda qəzaya uğrayan təyyarsiənin ekipaj üzvlərinin kimliyini açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, həmin şəxslər aşağıdakılardır:

1. Kşnyakin İqor
2. Kalyaninov Aleksandr
3. Əliyeva Hökümə
4. Əsadov Zülfüqar
5. Rəhimli Aydan

* * *

14.40 - 25.12. 2024

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarənin göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Civilazerbaijan.com
bu barədə AZAL-a istinadən xəbər verir.

AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı:

1. Ağayev Ramin
2. Əhmədov Rəşad
3. Əlimirzəyeva Xədicə
4. Əlimirzoyev Əli
5. Əliyev Zamin İdris
6. Anqbazova Maleyka
7. Arsbayeva Ceyran
8. Arsbayeva Madina
9. Asanov Rinat
10. Atsayeva Zaira
11. Babayev Anar
12. Bayramova Leyla
13. Bayramzadə Ayhan
14. Bislieva Cəmilə
15. Devrişov Samir
16. Devrişov Tofik
17. Cünüşaliyev Erlan
18. Ediev Uvais
19. Eqanov Məhəmmədəli
20. Evstiqneeva Kristin
21. Filiyev Ramazan
22. Qədirov Heydər
23. Qistarov İbrahim
24. Qistarov Rəşid
25. Qoqamova Möminat
26. Qurbaxov Həmzət
27. İandarov Arbi
28. İbrahimov Ramin
29. İgidova Nərminə
30. İsmayılov İsmayıl
31. İsmayılov Həbib
32. Cəfərov Toğrul
33. Cəlilov Nizami
34. Carayev Arif
35. Carayev Hacibrahim
36. Carayev Mahir
37. Ceerov Xızrı
38. Ceerova Salihət
39. Cüməqulov Bauyrcan
40. Cütayeva Salima
41. Xalayeva Hafisət
42. Kostiyev İbrahimxan
43. Maxsudova Qalina
44. Məmedov Zaur
45. Mehdiev Yadigar
46. Mustafayev Faiq
47. Omarova Leyla
48. Osmonov Tilek
49. Papaxov Mahəmməd
50. Rəximov Subxonkul
51. Sadıqov Qoşqar
52. Səidullayev Zinatul
53. Şabanova Vafa
54. Şaimərdanova Qauk
55. Siracov Nurullah
56. Siracova Müslimat
57. Tuleşsinov Sandibek
58. Tutunçiyev Mahmud
59. Ubaev Arbi
60. Yeznayeva Rana
61. Cəməlullail Medin
62. Cumaqat Eldar

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

* * *

i]Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb.[/i]

Civilazerbaijan.com
bildirir ki, bu barədə AZAL xəbər verib.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib”, məlumatda deyilir.

Qroznı hava limanının mətbuat xidmətinin məlumatına görə, Qroznıya uçan təyyarənin marşrutunun dəyişdirilməsinə səbəb qalın duman olub. Təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı yaydığı məlumata görə, hadisə nəticəsində 25 nəfər sağ qalıb. Onlardan 22 nəfəri xəstəxanaya yerləşdirilib.

Öz növbəsində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Tengrinews.kz xəbər verir ki, Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan, 3 Qırğızıstan vətəndaşı olub. İlkin məlumata görə, 25 sərnişin sağ qalıb, hamısının vəziyyəti ağırdır.



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz