5 dəqiqəyə özünəinamı bərpa etməyin yolları
Tarix: 22-07-2017, 21:38
Həyatda elə situasiyalar olur ki, biz mümkün qədər tez bir zamanda özümüzü ələ almalı və hərəkət etməli oluruq. İş görüşləri, ictimai çıxışlar, vacib söhbətlər zamanı baş verən həyəcan hissini aradan qaldırmağın qısa yolu var.
SİVİL.AZ Harvard Universitetindən olan alimlərin Psychologies jurnalında dərc etdikləri bu tez işləyən üsulları sizə təqdim edir:
1. Qalib kimi dik durun və bu duruşu ən azı 2 dəqiqə davam etdirin
30 milyondan artıq insan tərəfindən izlənilən məşhur TED çıxışı ilə Harvard psixoloqu Emmi Kad deyir ki, bədən dili olduqca əhəmiyyətlidir və insanın özü ilə bağlı hisslərinə də birbaşa təsir edir. Psixoloq tövsiyə edir ki, istənilən çətin situasiya qarşısında güc duruşunu sınaqdan keçirin. Bunu hər yerdə edə bilərsiniz – hamam otağının güzgüsü qarşısında belə. Superqəhrəman duruşu belədir: dik durun, çiyinlərinizi arxaya yönəldin, çənəniz nisbətən irəli və yuxarı doğru istiqamətlənmiş, əlləriniz belinizdə və ayaqlarınız da bir az aralı. Bu formada 2 dəqiqəyə qədər durmağa çalışın. Özünüz də necə güc topladığınızı hiss etməyə başlayacaqsınız. Dərindən və ritmik şəkildə nəfəs alın.
Təcrübələr də sübut edir ki, bu texnikadan istifadə edən insanlar başqaları ilə müqayisədə daha yaxşı nəticələr göstərirlər. Çünki bədən dili təkcə başqalarının bizi necə görməsini deyil, özümüzün də şəxsimizə olan münasibətimizi formalaşdırmaq gücünə malikdir.
2. Özünüzü bir neçə il sonrada təsəvvür edin.
Gələcəkdə həyatınız barədə parlaq və detallı təsəvvürlər mövcud qorxularınızı aradan qaldırmağa yaxşı kömək edir. Nyu-York Universitetindən marketinq texnologiyaları üzrə müəllim Hal Hershfield bir tədqiqat əsnasında iştirakçılardan 10 il sonra başlarına gələcəklərini təsəvvür etmələrini istəyib. Daha sonra respondentlərin yarısına onların qocalmış şəkillərini göstərib. Sonda isə hər birinə startapların investoru olmağı təklif edib. Öz qocalıq şəklini görənlər digərlərinə nisbətən investisiya etməyə ikiqat daha meylli olublar. Belə nəticəyə gəlinib ki, gələcəyi detallı təsvir etməyi bacardıqda, biz daha aktiv və qərarlı oluruq, qətiyyətli addımlar atmaq istəyirik.
3. Həyata minnətdar olun
Bu, qarşınızdakı üfüqləri görməyin növbəti üsuludur. Böyük stressli zamanlardan keçsəniz də, unutmalı olmadığınızın əsas məqam məhz budur. İşdən qovulma, boşanma və borclarının çox olması kimi ard-arda problemlər yaşayan gənc biznes-trener və tənha ana Jen Skalia üçün öz ayaqları üzərində durmaq heç də asan olmayıb. Bunun üçün o özünə sərmayə qoymalı və fərdi inkişafı üçün əhəmiyyətli olan uzaq məsafədən kurslara qoşulmalı oldu. Gündəlik praktikaları etməyi də qətiyyən unutmurdu. Nəticədə o qəpik-quruşluq biznesini milyonluq biznesə çevirməyə nail oldu.
Mənim gündəlik praktikamın əsasında minnətdarlıq hissi dayandı. Hər gecə mən həyatımda olan möcüzəvi şeyləri özümə xatırladırdım. Növbəti mərhələ isə, hələ də qazanmadığım uğurlar barədə minnətdarlıq etmək oldu. Mən bu uğurları əldə etməyə doğru gedirdim və onlar əldə etməmişdən həmin şeylərin mənim olacağına görə həyata təşəkkür edirdim.
Bu necə işləyir? Çox sadə: sizin şüurunuzu asanlıqla yanıltmaq mümkündür. Bu cür iddialar edərək, siz uğura həqiqətən də inanır və nəticədə onu əldə edirsiniz. Bundan əlavə, biz minnətdarlıq hiss edəndə pozitiv düşünürük və özümüzü enerjili hiss edirik. (pahoo.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər