Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir - MEHMAN QARAXANOĞLU

Xəbərin çap versiyası
Tarix: 27-10-2022, 20:39


“Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir. Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”.

Civilazerbaijan.com
bildirir ki, bunu tənqidçi Mehman Qaraxanoğlu “Facebook” səhifəsində yazıb.

O, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən imtina etdiyini bildirib.

“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr, proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhətlər idi”, – tənqidçi yazıb.

Meydan TV-nin məlumatında qeyd olunur ki, 2022-ci il oktyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilib və Xalq yazıçısı Anar yenə də Birliyin sədri seçilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz